Dünya

İranda rejim əleyhinə etirazlar fonunda ölkə iqtisadiyyatı çökür

Sharing is caring!


İranda dövlət əleyhinə etirazlar fonunda ölkə iqtisadiyyatı çökür.

Artıq Tehranda 300 çörək sexində “Səngək” çörəyinin qiyməti artıb.

Bununla əlaqədar İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi şərh verib və bahalığı ölkə boyu çörəyin vahid qiymətinin olmaması ilə əlaqələndirib.

“Çörəyin qiymətlərinə nəzarət etmək üçün hökumət xüsusi tədbirlər görəcək”, – deyə o qeyd edib.

Bundan əvvəl, İran Statistika Mərkəzi yaz mövsümünün sonunda ölkənin bir çox əyalətlərində yoxsulluq indeksinin artdığı barədə hesabat yayımlamışdı. Bildirilirdi ki, cari ilin ilk üç ayı ərzində ötən ilin yazına nisbətən bu indeks 1,7% artıb. İranlı iqtisadçıların sözlərinə görə, bu ölkə daxilindəki inflyasiya və ən əsası da intihar statistikası ilə birbaşa bağlıdır.

Mənbə: Shayanews.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir