Cəmiyyət

116 yeni məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayıb – FOTO

Sharing is caring!


2023-24-cü tədris ilindən 116 yeni məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Hazırda bu siniflərin sayı 232-yə çatmaqla 196 məktəbdə 3 500-dən çox şagirdi əhatə edir. 2026-cı ilədək peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin sayının 15 faizə çatdırılması nəzərdə tutulub.

Peşə təmayüllü siniflərdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra ərizə ilə həmin siniflərin mövcud olduğu məktəblərə müraciət etmək lazımdır. Peşə təmayüllü siniflərə keçid, həmçinin, burada təhsil tamamilə ödənişsizdir.

Peşə təmayüllü siniflərdə şagirdlərə ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun nəzəri və praktiki dərslər də keçirilir. Tədris ilinin sonunda şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək dövlət nümunəli sertifikat əldə edirlər. Bununla yanaşı, şagirdlərin səriştəsinin artırılması məqsədilə onlara əsas səriştələr fənni tədris olunur.

Qeyd edək ki, 10-11-ci siniflər üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin təşkilində məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq, onlara sahibkarlıq bacarıqları aşılamaq, həmçinin əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirməkdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir