Dünya

Tomas Müller Ronaldu və Kasilyasın uğurunu təkrarladı

Sharing is caring!


Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turunda İngiltərə “Mançester Yunayted”i ilə matç Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Tomas Müller üçün xüsusi olub.

Münhen təmsilçisinin saytının yaydığı məlumata görə, 34 yaşlı hücumçu turnirdə 100-cü qələbəsini qazanıb.

Almaniyalı futbolçu ÇL-in tarixində bu saya çatmağı bacaran üçüncü futbolçu olub. Daha əvvəl Kriştianu Ronaldu (115) və İker Kasilyas (101) Çempionlar Liqasında 100 qələbə səddini keçə biliblər.

Qeyd edək ki, Müller komandasının 4:3 qalib gəldiyi qarşılaşmanın 87-ci dəqiqəsində meydana çıxıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir