Dünya

İtaliyada güclü zəlzələ olub

Sharing is caring!


İtaliyanın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geologiya Xidməti (USGS) xəbər verib.

Qeyd edilir ki, yeraltı təkanların episentri Toskanadan 5,9 km aralıda yerləşib. Ocaq 10 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Xatırladaq ki, dünən seysmoloqlar Kanada sahillərində zəlzələ qeydə alıblar. 5,6 bal gücündə yeraltı təkanlar Port Makneyl ərazisində baş verib. Zəlzələnin mənbəyi 10 km dərinlikdə yerləşib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir