Cəmiyyət

Umayra Tağıyeva: “Azərbaycanda ən çox sel və daşqın hadisələri bu il qeydə alınıb”

Sharing is caring!


“Azərbaycanda ən çox sel və daşqın hadisələri bu il qeydə alınıb. Belə ki, bu ilin 8 ayında ölkədə 140-dan çox belə təbiət hadisəsi baş verib”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva pestisidlərin həyat dövriyyəsinin idarə edilməsinə həsr olunan regional seminarda çıxışı zamanı deyib.

O bildirib ki, ətraf mühitin qorunmasına böyük önəm verir:

“İnkişafın davamlılığı ətraf mühitin qorunması nəticəsində mümkün ola bilər. İqlim dəyişiklikləri kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində problemlərə gətirib çıxarır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir