Dünya

Rusiyada mikroavtobus qəzaya düşdü: Beş nəfər öldü

Sharing is caring!


Rusiyanın Murmansk vilayətində sərnişin mikroavtobusu və yük avtomobilinin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsində 5 nəfər ölüb.

Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin vilayət üzrə idarəsinin Mətbuat Xidməti jurnalistlərə bildirib.

“Bu yol-nəqliyyat hadisəsi nəticəsində mikroavtobusun 4 sərnişini aldıqları xəsarətlərdən təcili tibbi yardım gələnə qədər hadisə yerində ölüblər. Daha sonra aldıqları xəsarətlərdən daha bir sərnişin (1953-cü il təvəllüdlü kişi) Peçenqa Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib”, – məlumatda deyilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir