Dünya

ABŞ prezidentliyinə namizəd açıqladı: Vaşinqton niyə Ukraynanı deyil, İsraili dəstəkləməlidir?

Sharing is caring!


ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd, Florida ştatının qubernatoru Ron Desantis Vaşinqtonun niyə Ukraynanı deyil, İsraili dəstəkləməsinin daha vacib olduğunu izah edib.  

Bu barədə Ron Desantis CNN-in efirində bildirib.

O, yəhudi dövlətinin ABŞ üçün ən mühüm müttəfiq olduğunu, Ukraynanın isə “bütün Avropaya sahib olduğunu” deyib.

“Mənim üçün bu sadə cavabdır. Bu, İsrail dövlətidir, çünki o, bizim Yaxın Şərqdəki ən güclü müttəfiqimizdir… Bizim onlarla başqalarına bənzəməyən münasibətimiz var və bütün dünya bizə qarşı köklənib”, – deyə Desantis qeyd edib.

Eyni zamanda, o qeyd edib ki, Ukraynanın arxasında bütün Avropa dayanır və bu Avropa ölkələri öz təsirlərini göstərməyə başlamalıdırlar.

Ron Desantis, həmçinin vurğulayıb ki, bu ölkələrin bir çoxu NATO qarşısında öhdəliklərini yerinə yetirmir.

O, həmçinin ABŞ Konqresinin Kiyevə yardım göstərilməsi ilə bağlı mövqeyini də dəstəkləyib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir