Dünya

Bolqarıstanda NATO hərbi bazası yaradılacaq

Sharing is caring!


Bolqarıstan öz ərazisində NATO hərbi bazasını yerləşdirməyi planlaşdırır. 2025-ci ilə qədər obyekt hazır olacaq.

Bu barədə jurnalistlərə ölkənin müdafiə naziri Todor Taqarev məlumat verib.

Gələcək bazanın dəyəri 100 milyon leva (50 milyon avro) olaraq qiymətləndirilir.

“Bütün zəruri infrastrukturun – kazarmaların, avadanlıqların saxlanması üçün binaların tikintisi, çoxmillətli NATO döyüş qrupu üçün yol şəbəkəsinin hazırlanması bizə 100 milyon levadan çox başa gələcək. Nəticə kiçik bir şəhər olmalıdır”, – deyə o, bəyan edib.

Taqarev həmçinin əlavə edib ki, gələcək hərbi bazanın yeri hələ müəyyən edilməyib. Hazırda xərclərin bir hissəsinin birbaşa NATO tərəfindən ödəniləcəyi dəqiqləşdirilir.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir