Cəmiyyət

Zəhranın anası fəryad edir: “Övladlarıma yemək almağa belə pul tapmıram” – FOTO

Sharing is caring!


Səkkiz yaşlı Zəhra Əsədovanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Leyla Əsədova məlumat verib.

O bildirib ki, övladı doğulduğu zaman onda bel-oma və büzdüm sümüyü aşkarlanmayıb.

“Zəhra anadangəlmə qapalı spina-bifida xəstəliyindən əziyyət çəkir. Onun beldən aşağısı tam deformasiya olunub. Nəcis və sidik ifrazı qeyri-iradidir. Bir neçə il əvvəl Zəhranın bağırsaqlarının 90%-i əməliyyatla çıxarılıb. Onun diz və topuq oynaqları da deformasiyaya uğrayıb”.

Leyla Əsədova sonuncu dəfə may ayında müalicə üçün Türkiyəyə yollandıqlarını deyib.

“Biz may ayında İstanbulda yerləşən xəstəxanalardan birinə əməliyyat üçün getdik. Həkim əməliyyat üçün Zəhranın hazır olmadığını, əməliyyat olarsa, onu itirə biləcəyimizi dedi. Müalicələri davam etdirməyimizi tövsiyə etdi. İnanın Zəhranın aylıq müalicəsi 1 000 manatdan çox edir. Üç xəstə uşağa baxmaq, inanın, maddi olaraq çox çətindir. Günlərdir uşaqlara yeməyə normal heç nə tapıb ala bilmirəm. Lap o vəziyyətə gəlib çıxmışam. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Qeyd edək ki, Leyla Əsədovanın üç övladı var. Onun böyük qızı Gülnarə böyrək çatışmazlığından, ortancıl qızı Zəhra qapalı spin-bfidadan əziyyət çəkir.

Bank Respublika: 5235 2222 3510 0209.

Ailə ilə əlaqə: 070-982-76-26.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir