İdman

İkinci dəfə əməliyyat olunan azərbaycanlı voleybolçunun son durumu açıqlanıb

Sharing is caring!


Azərbaycan millisinin və “Xarı Bülbül” klubunun əməliyyat olunan voleybolçusu Tural Həsənlinin son durumu bəlli olub.

Bu barədə “Report”a Şuşa təmsilçisinin baş məşqçisi Ziya Rəcəbov məlumat verib.

Mütəxəssis 33 yaşlı oyunçunun ikinci dəfə əməliyyat olunduğunu xatırladıb:

“Qanaxmaya görə yenidən xəstəxanaya aparmışdıq. Hazırda durumu sabitdir. Yaxşıdır demək olar. Dünən reanimasiyadan palataya köçürüblər”.

Tural Həsənlinin “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstanda reallaşan cavab oyunu ərəfəsində səhhətində problem yaranıb. O, kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya aparılıb. Daxili qanaxması olan voleybolçu bağırsağından ağır əməliyyat keçirib.

Qeyd edək ki, “Xarı Bülbül” “Panatinaikos”a 1:3 hesabı ilə uduzaraq yarışda mübarizəni dayandırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir