Dünya

Hindistanda baş verən yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb

Sharing is caring!


Hindistanın Racastan ştatında yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

Məlumata görə, hadisə Bharatpur şəhərində magistral yolda baş verib. Qucaratdan Uttar-Pradeşə gedən avtobus nasazlıq səbəbindən yerüstü keçiddə dayanıb. Yük maşını yüksək sürətlə avtobusa çırpıldığı anda bəzi sərnişinlər yolun kənarına çıxaraq avtobusun yanında olublar.

Baş nazir Narendra Modi ölənlərin hər birinin yaxınlarına 2,4 min dollar, zərərçəkənlərə isə 600 dollar məbləğində təzminat ödəniləcəyini açıqlayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir