Dünya

Məşhur türkiyəli aktrisa Hande Erçelin yeni sevgilisindən paylaşım – FOTO

Sharing is caring!


Bir müddətdir eşq yaşayan məşhur türkiyəli aktrisa Hande Erçel və iş adamı olan sevgilisi Hakan Sabancıdan yeni romantik paylaşım yayılıb.

Hazırda “Bambaşka” serialı ilə ekranlara qayıtmağa hazırlaşan Hande Erçel yayın əvvəlində Hakan Sabancı ilə eşq yaşamağa başlayıb. Erçel və Sabancının münasibətlərinə dair ilk foto bir neçə ay əvvəl Hande Erçelin sosial media hesabında yayımlanıb. Erçel qatıldıqları “Coldplay” konsertindən sevgilisi Hakan Sabancı ilə qucaqlaşdığı fotosunu izləyicilərinə təqdim edib.

İndi isə məşhur cütlükdən yeni foto gəlib. Bu dəfə Hakan Sabancı günəşin qürubunda sevgilisi Hande Erçellə çəkdirdiyi şəkli izləyiciləri ilə bölüşüb. Cütlüyün sevgi dolu baxışları izləyicilərin diqqətini çəkib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir