Dünya

Türkiyədə 12 terrorçu ələ keçirildi

Sharing is caring!


Yunanıstan və Suriya sərhədlərində 12 nəfər ələ keçirilib ki, onlardan 10-u terror təşkilatının üzvüdür. 

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Nazirlik sərhədlərdə keçirilən əməliyyatla bağlı sosial media hesabında açıqlama verib.

“Sərhədlərimizin təhlükəsizliyi məqsədilə qeyri-qanuni keçid etmək istəyənlərə qarşı mübarizəmiz davam edir. Sərhəd qartallarımız ölkəmizdən Yunanıstana və Suriyadan ölkəmizə qeyri-qanuni yollarla keçmək istəyən 12 nəfəri saxlayıblar. Onlardan beşinin PKK/KCK/PYD-YPG, dördünün FETÖ, birinin isə İŞİD terror təşkilatının üzvü olduğu müəyyən edilib”, – deyə açıqlamada bildirilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir