Dünya

Rusiyada maskalı şagird məktəbdə qətliam törətmək istədi: Yaralananlar var – FOTO

Sharing is caring!


Rusiyanın Rostov vilayətində məktəbə bıçaqla girmək istəyən 9-cu sinif şagirdi dörd nəfəri yaralayıb.

Bu barədə vilayətin qubernatoru Vasili Qolubev özünün “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, üzünü maskanın arxasında gizlədən yeniyetmə soyuq silahla məktəbə girmək istəyərkən böyüklər onun qarşısını almaq istəyiblər. Nəticədə məktəbin üç işçisi və şagirdlərdən birinin qohumu yaralanıb.

Bununla belə, yeniyetmə hadisə şahidləri tərəfindən saxlanılıb.

Onun həmin məktəbin 9-cu sinif şagirdi olduğu, ruhi xəstəlikdən əziyyət çəkdiyi müəyyən edilib.

“Mütəxəssislər hadisə yerində işləyirlər. Uşaqlardan heç biri xəsarət almayıb”, – deyə qubernator yazıb.

Rayon rəhbəri əlavə edib ki, zərərçəkənlərə tibbi yardım göstərilir.

Son məlumatlara görə, yaralılardan biri – birinci sinifdə oxuyan nəvəsini məktəbə gətirən kişi beş bıçaq yarası alıb. O, xəstəxanaya yerləşdirilib.

Mənbə: “Kommersant”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir