Dünya

İslam Mərkəzi, yoxsa İranın casusluq yuvası – VİDEO

Sharing is caring!


Bu günlərdə Almaniya Yaşıllar Partiyasının həmsədri Ümid Nuripur televiziyalardan birinə müsahibəsində Hamburq şəhərində yerləşən İrana bağlı İslam Mərkəzinin fəaliyyətindən söz açıb.

Bu barədə “Azad İran” xəbər verir.  

Ümid Nuripur Almaniyada açılan həmin mərkəzi “casusluq yuvası” adlandıraraq, onun İran İslam Respublikasının maraqlarına xidmət etdiyini, radikal şiə ideologiyasını yaydığını vurğulayıb və bağlanmalı olduğunu bəyan edib.

Siyasətçi əlavə edib ki, onlar bir neçə müddətdir İrana məxsus bu mərkəzin bağlanmasına çalışırlar və səylərin tezliklə nəticə verəcəyinə ümid edirlər.

Qeyd edək ki, Hamburq İslam Mərkəzi haqqında Nuripurun dedikləri şəxsi mülahizələrə deyil, Almaniya təhlükəsizlik orqanlarının araşdırmalarına və məhkəmə qərarlarına əsaslanır.

Məsələn, 2021-ci ilin iyul ayında Hamburq Daxili Təhlükəsizlik İdarəsi əldə etdiyi sənədlərə əsaslanaraq bəyan etmişdi ki, Hamburq İslam Mərkəzi özünün iddiasının əksinə olaraq nəinki İran hakimiyyətinə bağlıdır, hətta İran rejiminin Avropada ən mühüm qurumlarından biridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir