Dünya

Ukraynada müharibə zamanı yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub

Sharing is caring!


Ukraynada müharibə səbəbindən yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub.

“Report”un Şərqi Avropa bürosunun apardığı özəl araşdırması nəticəsində məlum olub ki, ölkə üzrə Rusiyanın başladığı müharibənin ilk günündən indiyə qədər təxminən 60 azərbaycanlı ailənin evləri tamamilə dağılıb və yaxud ciddi zərər görüb.

Onlardan təqribən 30-u Donetsk vilayətinin payına düşür ki, bundan da 20-yə yaxını vilayətin Mariupol şəhərində olub. Dağılan evlərdən təqribən daha 20-si Xerson və Nikolayev vilayətlərində olan həmyerlilərimizin mülkləridir. Qalanı isə digər vilayətlərdə dağıdılan evlərdir.

Qeyd edək ki, bu, rəsmi statistika deyil, büromuza araşdırma nəticəsində məlum olan mümkün rəqəmlərdir. Bu səbəbdən say daha da artıq ola bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir