Dünya

Fransa məhkəməsi Assanjın sığınacaq tələbini rədd edib

Sharing is caring!


“WikiLeaks”in qurucusu Culian Assanjın Britaniya həbsxanasından Fransaya sığınacaq sorğusu Kretey kommunasının məhkəməsi tərəfindən rədd edilib.

Bildirilib ki, jurnalistin azadlıqdan məhrum edilməsi sığınacaq üçün müraciət etməyə imkan vermir. Belə ki, Fransa qanunlarına görə, ərizəçi ölkənin və ya Avropa İttifaqının ərazisində olmalıdır.

Xatırladaq ki, Assanj 2019-cu ilin aprelində Ekvadorun Londondakı səfirliyinin ərazisindən qovulduqdan sonra həbs edilib və Londonun Belmarş həbsxanasına yerləşdirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir