Dünya

Putin Ərdoğan haqqında çəkilmiş filmi ona təqdim edib

Sharing is caring!


Rusiya prezidenti Vladimir Putin Soçidə Rəcəb Tayyib Ərdoğanla görüşündə ona Rusiyanın məşhur jurnalisti Mixail Qusmanın Türkiyə liderinin həyatı və siyasi karyerasından bəhs edən sənədli filmini təqdim edib.

Bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Film Ərdoğanın uşaqlıq, məktəb və universitet illərindən bəhs edir.

Ərdoğan gücün “zəhmətkeşlik və böyük məsuliyyət” və siyasətin həmişə böyük risklərlə əlaqəli olduğunu deyib. Filmdə liderin şəxsi həyatının aspektlərinə xüsusi diqqət yetirilir: gələcək həyat yoldaşı ilə görüş tarixi, dinə münasibət, futbol sevgisi.

Qusman həmçinin Ərdoğanın hakimiyyət zirvələrinə gedən yolunun heç də asan olmadığını, lakin ölkəyə rəhbərlik etdiyi illər ərzində onun, Türkiyənin daha da güclənməsini və sabitləşməsini təmin edə bildiyini və onun rəyinin dünyanın hər yerində nəzərə alındığını qeyd edib.

Xatırladaq ki, Mixail Qusmanın Türkiyə prezidenti haqqında çəkdiyi “Gücün formulası” filmi bu ilin iyun ayında təqdim edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir