Dünya

Meksikada körpənin cinsiyyətinin elan edilməsi mərasimində təyyarə qəzaya uğradı: Pilot öldü – VİDEO

Sharing is caring!


Meksikanın qərbindəki Sinaloa ştatında körpənin cinsiyyətinin elan edilməsi üçün keçirilən mərasim zamanı yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Təşkilatçıların planına əsasən, təyyarə qonaqların üzərindən uçmalı və çəhrayı, ya da mavi tüstü buraxmalı idi. Uçuş zamanı təyyarə çəhrayı tüstü (uşağın qız olması deməkdir) buraxıb və sonra hündürlüyünü itirməyə başlayıb.

Pilot təyyarəni qarşısına çıxan ağaclardan uzaqlaşdırmağa çalışsa da, manevr nəticəsində təyyarə yerə düşərək parçalanıb.

Mərasim iştirakçıları dərhal xilasedicilər çağırıblar. Ağır yaralanan 38 yaşlı pilot xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir