Dünya

Yollarını qısaltmaq üçün Böyük Çin səddini yardılar – FOTO

Sharing is caring!


Böyük Çin səddinin bir hissəsini dağıtmaqda ittiham olunan kişi və qadın saxlanılıb.

Polisin bildirdiyinə görə, 38 yaşlı məhbus 55 yaşlı dostu ilə birlikdə Şansi əyalətinin şimalındakı abidəni yarmaq üçün ekskavatordan istifadə edib. Onlar bu cinayəti işə qısa yolla getmək üçün ediblər. Hər iki cinayətkar divarın yaxınlığındakı tikintidə işləyiblər.

Saxlanılanlara qarşı mədəni irsin məhv edilməsi ittihamı irəli sürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, cütlük 1987-ci ildən YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış tarixi binaya bərpa olunmaz ziyan vurub.

Qeyd edək ki, böyük Çin səddinin dağıdılmış hissəsi Min sülaləsi dövründə (1368-1644) tikilib.

Mənbə: Daili Afisha

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir