Dünya

“ICTWeek Uzbekistan” sammiti çərçivəsində Anlaşma Memorandumu imzalanıb

Sharing is caring!

Özbəkistanda səfərdə olan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndələri Səmərqənd şəhərində keçirilən “ICTWeek Uzbekistan” sammiti və sammit çərçivəsində Avrasiya Forumunda iştirak ediblər.

Oxu.Az xəbər verir ki, “ICTWeek Uzbekistan” sammiti çərçivəsində 4SİM ilə Özbəkistanın Rəqəmsal İqtisadiyyatın Araşdırma Mərkəzi arasında ikitərəfli görüş keçirilib və rəqəmsal iqtisadiyyatın inkişafı, fintek və vençur kapitalı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edilib.

Görüş çərçivəsində 4SİM və Rəqəmsal İqtisadiyyatın Araşdırma Mərkəzi arasında ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə tərəflər arasında rəqəmsal iqtisadiyyat və 4Sİ texnologiyaları üzrə təcrübə mübadiləsinin, birgə tədqiqatların aparılması, təlim və tədbirlərin təşkili, rəqəmsallaşma və fintek üzrə birgə təşəbbüs və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir