Dünya

Türkiyədə sürücü avtomobilindən yolun ortasına düşdü, yaralı halda sürünmək məcburiyyətində qaldı – VİDEO

Sharing is caring!


Türkiyənin Bursa şəhərində yağışlı havada sükan arxasında idarəetməni itirərək avtomobili işıq dirəyinə çırpan sürücü zərbədən yolun ortasına düşüb.

Yaralı vəziyyətdə olan sürücü həmin vaxt digər avtomobillərin təkərləri altında qalmaq təhlükəsi ilə üz-üzə qalıb.

Nəticədə sürücü yerdə sürünərək çətinliklə də olsa, səkiyə çıxa bilib.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir