Dünya

“Barbi” 2023-cü ilin ən çox gəlir gətirən filmi oldu

Sharing is caring!


Qreta Gerviqin “Barbi” komediyası həftəsonu qlobal kassada qazancını 1,36 milyard dollara çatdıraraq 2023-cü ilin ən çox gəlir gətirən filmi olub.

O, 1,358 milyard dollar gəlir əldə edən “Super Mario Bros. Movie” cizgi filmini geridə qoyub.

21 iyul 2023-cü ildə premyerası baş tutan “Barbi” cəmi 17 gün ərzində kinoprokatda milyard dollarlıq həddi keçib. Bu, “Warner Bros” üçün ən uğurlu startdır.

Ekran əsəri, eyni zamanda qadın rejissorun indiyə qədər ən çox gəlir gətirən filmidir.

Mənbə: meduza.io

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir