Cəmiyyət

Ötən ay 21 aptekdə yoxlama keçirilib: Nöqsan aşkarlanıb

Sharing is caring!


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ötən ay 21 aptekdə yoxlama keçirib, birində nöqsan aşkarlayıb.

Bu barədə mərkəzdən məlumat verilib.

Bildirilib ki, noyabr ayı ərzində Bakı şəhəri üzrə 17 planlı və üç plandankənar, respublikanın digər şəhər və rayonlarında isə bir aptekdə plandan kənar olmaqla, ümumilikdə 21 aptekdə planlı və plandankənar yoxlamalar aparılıb.

Yoxlamalar zamanı bir aptekdə nöqsan aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi (aptek təşkilatlarına dair tələblərin pozulmasına görə) üzrə protokol tərtib edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir