Cəmiyyət

Orxan Fikrətoğlu yeni vəzifəyə təyin edilib

Sharing is caring!


Yazıçı-jurnalist Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

O, artıq vəzifəsinin icrasına başlayıb.

O.Fikrətoğlu eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini də icra edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin bundan əvvəlki baş direktoru kinorejissor Rüfət Həsənov idi. O, işdən çıxmaqla bağlı ərizə yazmışdı. Sentyabrın 11-də onun ərizəsi qəbul olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir