Dünya

Samsunda leysan: Küçələri su basdı, yollar çökdü – VİDEO

Sharing is caring!


Türkiyənin mərkəzi hissəsində və Qara dəniz bölgəsində güclü yağışlar yağır. Hakimiyyət orqanları 19 vilayətin sakinlərinə daşqın və sel təhlükəsi barədə xəbərdarlıq edib.

Məlumata görə, güclü yağışlardan ən çox Samsun şəhəri zərər çəkib.

Ötən gecədən başlayan leysan bu gün də davam edir. Kanalizasiya sularının daşması nəticəsində şəhər küçələrindən çay axıb. Bir neçə meydanı və küçələri su basıb, bəzi yerlərdə suyun səviyyəsi 50 santimetrə çatıb. Onlarla avtomobilə ziyan dəyib, yaşayış binalarının birinci mərtəbələri də su altında qalıb, yolların çökməsi baş verib.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir