Cəmiyyət

Ələt-Astara yolunda avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var

Sharing is caring!


Ələt-Astara avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib, yaralananlar var.

“Report”un məlumatına görə, hadisə yolun 105-ci kilometrində qeydə alınıb.

Belə ki, “Nissan” markalı minik avtomobili maneəyə çırpılıb.

Hadisə yerinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Yaralanan 4 nəfər xəstəxanaya aparılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir