Dünya

Türkiyənin qadın voleybolçuları Avropa çempionatının finalına yüksəliblər

Sharing is caring!


Türkiyənin qadın voleybolçuları Avropa çempionatının finalına yüksəliblər.

Oxu.Az xəbər verir ki, Türkiyə yığması Brüsseldə keçirilən yarımfinal qarşılaşmasında İtaliya yığmasını məğlub edərək tarixində üçüncü dəfə finalda iştirak hüququ qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada qardaş ölkənin qadın voleybolçuları 3:2 hesabı ilə qalib gəliblər.

Finalda Türkiyə millisinin rəqibi Serbiya-Niderland qarşılaşmasının qalibi olacaq. Çempionatın final matçı sentyabrın 3-də Brüsseldə keçiriləcək.

Belçika, Estoniya, Almaniya və İtaliyanın birgə ev sahibliyi etdiyi 33-cü Avropa çempionatında 24 komanda 4 qrupda mübarizə aparıb. C qrupunda yer alan qardaş ölkənin voleybolçuları Almaniyada oynadığı qrup matçlarının beşində də qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıblar. Türkiyə seçməsi səkkizdəbir finalda Belçikanı (3:1), dörddəbir finalda isə Polşanı (3:0) hesabı ilə məğlubiyyətə uğradıb.

Xatırladaq ki, 2017-ci ildə qadın voleybolçular arasında 30-cu Avropa çempionatına Azərbaycan və Gürcüstan birlikdə ev sahibliyi edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir