Dünya

NATO ölkələri ilk dəfə Baltik dənizində təlimlər keçirəcək

Sharing is caring!


Şimali Atlantika Alyansı ölkələri və tərəfdaşları Baltik dənizində geniş miqyaslı hərbi dəniz təlimləri keçirəcəklər. İlk dəfə olaraq bu bölgədə Rusiyanın hücumu halında ediləcək hərəkətlərin üzərində işlənəcək.

Bu barədə Almaniya Hərbi Dəniz Qüvvələri (HDQ) baş komandanı, vitse-admiral Yan Kristian Kaak bildirib.

“Biz Rusiyaya ayıq-sayıq olmaq üçün açıq-aydın siqnal göndəririk: Biz varkən – olmaz. Etibarlı çəkindirmə hücum ehtimalını ehtiva etməlidir”, – deyə o bildirib.

Sentyabrın 9-da başlayacaq iki həftəlik “Şimal Sahil” təlimində Baltik dənizində yerləşən bütün NATO ölkələrinin hərbi qulluqçuları iştirak edəcək. Bundan əlavə, təlimlərdə tezliklə NATO-ya üzv olacaq İsveç, ABŞ, Kanada, Niderland, Belçika və Fransa da iştirak edəcək.

Onlar dənizdən quruya amfibiya əməliyyatları və zərbələrin üzərində işləyəcəklər.

Kaakın sözlərinə görə ABŞ HDQ təlimlər üçün təxminən 800 dəniz piyadasını amfibiya desantı zamanı daşımaq və endirmək üçün nəzərdə tutulmuş 200 metrdən uzun olan Mesa Verde gəmisini göndərəcək.

Baltik dənizindən keçən dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi Latviya və Estoniya sahillərində keçiriləcək təlimlərin digər istiqamətidir.

“Finlandiya və Baltikyanı ölkələr demək olar ki, 100% Baltik dənizindən keçən dəniz təchizat yollarından asılıdır. “Suvalki” dəhlizi bağlanarsa – və bunu etmək asandır, çünki orada cəmi iki yol və bir dəmir yolu xətti var – o zaman bizim istifadəmizdə yalnız dəniz yolları olacaq və biz yolumuzu məhz onlar vasitəsilə çəkməli olacağıq”, deyə Alman vitse-admiralı bildirib.

Mənbə: “RBC-Ukrayna”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir