Dünya

KİV: Rusiyalı futbolçu “Neftçi”yə keçəcək

Sharing is caring!


“Ximki”nin sabiq yarımmüdafiəçisi Reziuan Mirzov “Neftçi”yə keçəcək.

Məlumata görə, yarımmüdafiəçi Azərbaycan klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayacaq.

Hazırda Mirzov azad agent statusundadır. 30 yaşlı futbolçunun son klubu “Ximki” olub.

Futbolçu 2020-ci ildən “Ximki”nin rənglərini qoruyub, Moskva vilayəti komandasında 67 oyun keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə edib. Ötən mövsüm Reziuan Mirzov 27 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Ximki” 18 xalla Rusiya Premyer Liqasının turnir cədvəlində sondan əvvəlki, 15-ci yeri tutub.

Mənbə: “Çempionat”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir