Dünya

Çinli tədqiqatçılar məşhur türkiyəli aparıcını araşdıracaqlar – FOTO

Sharing is caring!


Məşhur türkiyəli aparıcı və aktrisa Defne Samyeli Çinli tədqiqatçıların diqqətini çəkib.

Belə ki, gözəl bədəni və illərə meydan oxuyan qüsursuz dərisi ilə tez-tez gündəmdə olan 51 yaşlı, iki uşaq anası Defne Samyeli Çinin əsas universitetlərindən olan Xiamen Universitetində genetika elmi üzrə araşdırmalar aparan bir qrup tədqiqatçı tərəfindən araşdırılacaq.

Müxtəlif ölkələrdən nümunələr götürərək dünyada genetik köklər və dərinin cavanlığı ilə bağlı araşdırma üçün Türkiyədən Defne Samyeli seçilib.

Universitetin dəvəti ilə qarşımızdakı aylarda Pekinə getməyə hazırlaşan Samyeli orada tədqiqatçılarla görüşəcək və eyni zamanda da təxminən 4000 nəfər qarşısında dəri sağlamlığı və gözəlliyi mövzusunda danışacaq.

“Mən həqiqətən təəccüb içindəyəm. Bizə Yaxın Şərqdən diqqət göstərilməsinə öyrəşmişəm, lakin Uzaq Şərqdən məni izləyən və hətta araşdıran belə bir heyətin olduğunu bilmək, bu qədər insanın konfransda məni dinləməyə gələcəyini öyrənmək mənim üçün böyük sürpriz oldu. Əlbəttə ki, böyük sevinclə qarşıladım bu sürprizi. Dünyanın harasında olursa-olsun, həvəslə maraqlandığım mövzular üzrə belə izdiham qarşısında çıxış etmək mənim üçün çox xoşdur”, – deyə o bildirib.

Qeyd edək ki, Çin və Koreya dəri gözəlliyi və yaşlanma məhsulları üzrə dünyanın ən mühüm bazar və brend liderləridir. Dərinin gözəlliyi və sağlamlığı ilə bağlı apardıqları böyük araşdırmalar, təcrübələr nəticəsində gözəllik və kosmetika sənayesini formalaşdırırlar.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir