Dünya

“Laçın” SBM-də son durum – YENİLƏNİR + CANLI YAYIM

Sharing is caring!


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) növbəti avtomobil karvanı “Laçın” sərhəd-buraxılış məntəqəsinə yaxınlaşıb. 

Baku TV-nin Laçına ezam olunmuş hərbi müxbiri Fərdin İsazadənin məlumatına görə, onların Xankəndiyə dərman ləvazimatları gətirdiyi güman edilir.

Ətraflı “Laçın” SBM-dən Baku TV-nin canlı yayımında:

10:28

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilir.

Baku TV-nin Laçına ezam olunmuş hərbi müxbiri Fərdin İsazadənin məlumatına görə, BQXK-ya məxsus ümumilikdə səkkiz nəqliyyat vasitəsinin keçid etdiyi bildirilir.

Qeyd olunub ki, nəqliyyat vasitələrinin içərisində 30-a yaxın erməniəsilli şəxs var. Həmin şəxslərin sənədləri yoxlanılır və sərbəst hərəkətləri təmin edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir