Dünya

Türkiyədə sabiq nazir hovuzda ölmüş vəziyyətdə tapılıb

Sharing is caring!


Türkiyənin keçmiş qida və kənd təsərrüfatı naziri Kutbettin Arzu yaşayış evinin hovuzunda ölmüş vəziyyətdə tapılıb.

Bu barədə Türkiyə mətbuatı xəbər verib.

İlkin məlumatlara görə, 68 yaşlı sabiq nazir infarkt nəticəsində həyatını itirib.

Lakin hüquq mühafizə orqanları ölümün dəqiq səbəbi haqqında aparılan müayinələrdən sonra məlumat verəcəklərini bildiriblər.

Əlavə edək ki, Kutbettin Arzu 2015-ci ildə nazir vəzifəsini icra edib.

Mənbə: Cumhuriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir