Dünya

“Braqa”nın baş məşqçisi: “Bizim üçün ağır məğlubiyyətdir”

Sharing is caring!


“Bizim üçün çox ağır məğlubiyyətdir”. 

“Report” xəbər verir ki, bunu “Braqa”nın baş məşqçisi Artur Jorje Portuqaliyada “Qarabağ”a 2:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra “Sport” TV-yə açıqlamasında deyib. 

Mütəxəssis komanda olaraq bir araya gəlməli olduqlarını bildirib: 

“Dərhal bunu tətbiq edəcəyik. Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik. Bu, istədiyimiz nəticə deyil. Səfərdə 3:0 hesablı qələbə lazımdır. Çox çətindir. Üzərimizə böyük məsuliyyət düşür”. 

Baş məşqçi azarkeşlərin narazılığı haqqında da danışıb: 

“Onları başa düşürəm. Narazılıq, məyusluq, hətta kədəri də hiss edirəm. Daha çox çalışmalıyıq və iş görməliyik. Fanatlarımızın bizim yanımızda olmasını istəyirik”. 

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir