Dünya

Ukrayna ordusu cəbhənin cənub istiqamətində Rusiyanın ən güclü müdafiə xəttini yarıb

Sharing is caring!


“Ukrayna ordusu cəbhənin cənub istiqamətində Rusiyanın ən güclü müdafiə xəttini yarıb”.

Oxu.Az xəbər verir ki, bunu Ukraynanın cənub-şərqində yerləşən Robotin kəndini işğaldan azad edən bölmələrin komandiri bildirib.

Adı açıqlanmayan hərbçi deyib ki, bundan sonra Ukrayna qoşunları həmin istiqamətdə daha sürətli irəliləyəcək.

O vurğulayıb ki, Robotin kəndi strateji əhəmiyyətə malikdir.

Məlumata görə, bu kəndin azad olunması Tokmak şəhərinə gedən yolu da açır. Ukrayna Tokmakı geri ala bilsə, bu, əlamətdar hadisə olacaq və qoşunların cənuba, Azov dənizinə doğru irəliləməsinə imkan verəcək. Bu addım Ukraynaya Rusiya qüvvələrini parçalamağa kömək edəcək.

Qeyd edək ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar daha əvvəl Robotin kəndinin azad edildiyini açıqlayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir