İdman

UEFA “Fənərbağça” azarkeşlərinin davranışı ilə bağlı araşdırmaya başlayıb

Sharing is caring!

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının II təsnifat mərhələsinin “Fənərbağça” – “Dinamo” (Kiyev) matçında türk azarkeşlərin davranışı ilə bağlı intizam araşdırmasına başlayıb.

Bu barədə cümə axşamı UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Çərşənbə günü İstanbulda baş tutan görüş əlavə vaxtda 2:1 hesabı ilə Kiyev komandasının xeyrinə başa çatıb. Ukrayna komandasının vurduğu ilk qoldan sonra türk azarkeşlər Rusiya prezidenti Vladimir Putinin adını səsləndirməyə başlayıblar.

Qeyd edək ki, ilk görüş 0:0 hesabı ilə başa çatdığından, “Dinamo” üçüncü təsnifat mərhələsinə yüksəlib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir