Dünya

Türkiyədən Ukraynanın Müstəqillik Gününə özünəməxsus hədiyyə

Sharing is caring!


Müstəqillik Günü münasibəti ilə Türkiyənin “Baykar Makina” şirkəti Ukrayna kəşfiyyatçılarına “Bayraktar TB2” zərbə uçuş aparatını təmənnasız hədiyyə edib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Telegram” kanalında məlumat verib.

“Baykar Makina” şirkəti Müstəqillik Günü münasibətilə Ukraynanı özünəməxsus şəkildə təbrik etdi. Avqustun 24-də Ukrayna kəşfiyyatı məşhur dronların istehsalçısından hədiyyə olaraq “Bayraktar TB2” zərbə PUA-sını aldı”, – deyə məlumatda bildirilib.

Kəşfiyyat qeyd edib ki, bu, şirkətin təqdim etdiyi ilk belə hədiyyə deyil. Yanvarın 25-də də “Baykar Makina” iki ədəd “Bayraktar TB2” pilotsuz uçan aparatını Baş Kəşfiyyat İdarəsinə təhvil verib.

“Buna görə də bu çətin anlarda Ukraynaya kömək etməyə davam edən dost və tərəfdaşlarımıza səmimi təşəkkürümüzü bildiririk. Bayram üçün ən yaxşı hədiyyə düşməni məhv etməyə, azadlığımızı və müstəqilliyimizi müdafiə etməyə kömək edəcək yeni silahdır”, – deyə əlavə edilib.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir