İdman

Rəqibini təpiklə vuran “Neftçi-2”nin futbolçusunun cəzası açıqlandı

Sharing is caring!


Əvəzedicilər liqasının III turunda “Sabah-2” ilə keçirilən oyunda kobud davranışa yol verən “Neftçi-2”nin futbolçusu Rüfət Abbasovun cəzası açıqlanıb.

AFFA İntizam Komitəsi rəqib oyunçunu bilərəkdən təpiklə vuran 18 yaşlı müdafiəçini dörd matçlıq diskvalifikasiya edib. Məlumatı qurumun saytı yayıb.

Onun hərəkəti “Neftçi”ni 300 manat ziyana salıb.

Qarşılaşmada ciddi qayda pozuntusuna yol verən, buna görə birbaşa qırmızı vərəqə alan “Sabah-2”nin üzvü İdris İnqilablı komandasının qarşıdakı iki oyununu buraxmalı olacaq. Paytaxt təmsilçisi də 150 manat cərimələnib.

“Neftçi-2”nin futbolçusu Həbib İsmayılov isə ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün bir oyunluq cəzalandırılıb, klubu 50 manat cəriməyə məruz qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir