Dünya

Messi möhtəşəm geri dönüşün memarı oldu, “İnter Mayami” finala çıxdı – VİDEO

Sharing is caring!


Lionel Messinin formasını geyindiyi “İnter Mayami” ABŞ Kubokunda finala yüksəlib.

Oxu.Az xəbər verir ki, komanda yarımfinalda “Sinsinatti”dən güclü olub.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə bir dəfə də fərqləniblər. Qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq olan “İnter Mayami” (5:4) finala yüksəlib.

Qarşılaşmada iki məhsuldar ötürmə verən Messi penaltilər seriyasında da zərbəni dəqiq yerinə yetirib. Ümumiyyətlə, o, qarşılaşmanın əsas qəhrəmanlarından olub. 68-ci dəqiqəyə qədər “İnter Mayami” 0:2 geridə olub. 68-ci dəqiqədə Messinin ötürməsindən sonra Leonardo Kampanya fərqi azaldıb. 90+7-ci dəqiqədə isə yenidən bu ikili səhnəyə çıxıb. Kampanya bu dəfə də Messinin ideal ötürməsindən sonra topu tora qovuşdurub.

Maraqlıdır ki, argentinalı futbolçu ABŞ klubunun heyətində ilk dəfə bir oyunu qol vurmadan başa vurub. O, əvvəlki yeddi matçında 10 dəfə fərqlənmişdi.

Qeyd edək ki, “İnter Mayami”nin finaldakı rəqibi “Hyuston Dinamo” olacaq. Həlledici qarşılaşma avqustun 27-də keçiriləcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir