Dünya

Rusiyada uşaqları daşıyan avtobus qəzaya uğradı – FOTO

Sharing is caring!

Altay diyarının Soloneşenski rayonunda içərisində 33 uşaq və bir yetkinin olduğu avtobus aşıb. 

İlkin məlumata görə, dörd məktəbli xəsarət alıb. Avtobus sürücüsü də yaralanıb.

Hadisə yerinə gələn xilasedicilər uşaqları təxliyə ediblər.

Qəzanın hansı şəraitdə baş verməsi hələ də araşdırılır.

Sosial şəbəkələrdə qəzanın ilk görüntüləri yayılıb.

Mənbə: REN TV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir