Dünya

Son dövrün “ən məhsuldar casus”u aşkarlandı – FOTO

Sharing is caring!


Çindən olan “Robin Çjan” ləqəbli casusun Britaniya rəsmilərindən məxfi məlumatlar aldığı və məlumat mübadiləsi etdiyi məlum olub.

Dövlət qulluqçuları üçün “əlverişli” olan bu sövdələşmələr saxta profillər vasitəsilə bağlanıb.

Müəyyən edilib ki, bir tək çinli casus “LinkedIn” profillərindən istifadə edərək minlərlə Britaniya məmurunu külli miqdarda pul və gəlirli biznes sövdələşmələri müqabilində dövlət sirlərini ötürməyə sövq etməyə çalışıb.

Qərb təhlükəsizlik xidmətləri “Robin Çjan” ləqəbli bu kəşfiyyatçını son dövrlərdə Britaniya maraqlarına qarşı işləyən “ən məhsuldar casus” adlandırıb. Məlum olub ki, Böyük Britaniya son beş ildə onun maraqlarının hədəfinə çevrilib.

Robin Çjan özünü müxtəlif şirkətlərin işçisi kimi təqdim edib. Hər məlumat ötürülməsi üçün o, məmurlara 10 min dollardan başlayan məbləğlər təklif edib. Bəzən isə pul əvəzinə Çinə pullu səfərlər və ya sərfəli konfranslarda iştirak vəd edib. Kəşfiyyatçının hələ də bu yolla məxfi məlumatları əldə etdiyi bildirilir.

Mənbə: “The Times”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir