Dünya

Əlcəzair hava məkanını Fransaya bağladı

Sharing is caring!


Əlcəzair Nigerə müdaxilə etmək istəyən Fransanın hərbi təyyarələri üçün hava məkanını bağlayıb.

Bu barədə məlumatlı mənbələr xəbər verib.

Bildirilir ki, Əlcəzair hava məkanı təmin etməklə bağlı Parisin istəyini rədd edib. Bundan sonra Fransa Mərakeşə də analoji tələb irəli sürüb və razılıq alıb.

Xatırladaq ki, Nigerdə ​​Fransanın hərbi bazasının yaxınlığında Fransa qüvvələrinin ölkədən çıxarılmasına dəstək nümayişi keçirilib.

Mənbə: Al-Habr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir