Dünya

Pakistanda insanlar kanatda asılı qalıblar: Doqquz saatdır xilasetmə işləri gedir – FOTO/VİDEO

Sharing is caring!


Pakistanda səkkiz nəfər hündürlükdə kanat kabinəsində asılı qalıb.

Hazırda onların xilas edilməsi üzrə işlər davam etdirilir.

Kanatda qalanlar arasında iki yaşlı şəxs və 10-16 yaşlarında altı uşaq var. Qrup kanat yolu ilə Battaqram şəhərindəki məktəbə gedərkən kabellərdən biri qopub. Yerli sakinlərin sözlərinə görə, insanlar doqquz saatdır yerdən 274 metr hündürlükdə asılı vəziyyətdə qalıblar.

Hadisədən ancaq dörd saat sonra ilk xilasedici helikopterlər peyda olub. Yeniyetmələrdən birinin ürək xəstəliyi var və hadisədən sonra ən azı iki saat huşsuz vəziyyətdə qalıb.

Helikopterlər qaldırıcıya çatmağa nail olub, lakin xilasetmə şəraiti olduqca çətindir. Belə ki, güclü küləkdən əlavə, helikopterin pərlərinin qaldırıcını daha da əyə biləcəyi xilasediciləri qorxudur.

Mənbə: “Komsomolskaya pravda” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir