Dünya

Fransa SCALP raketlərinin sınaq partiyasını Kiyevə təqdim edib

Sharing is caring!


Fransa Kiyevə SCALP uzaqmənzilli hava-yer tipli raketlərin sınaq partiyasını təqdim edib və onların göndərilməsi davam edəcək.

Bu barədə Ukraynanın Parisdəki səfiri Vadim Omelçenko məlumat verib.

“Fransızların söz verdikləri SCALP raketlərinin bir hissəsi artıq bizdədir. Bu partiya sınaq üçün idi. Raketlərin göndərilməsi davam edəcək”, – deyə səfir bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron iyulun 11-də NATO-nun Vilnüs sammitindən sonra uzaqmənzilli raketləri Ukraynaya ötürmək niyyətində olduğunu açıqlamışdı.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir