Dünya

Zelenski Bolqarıstanla “Taxıl dəhlizi”nin qorunmasını müzakirə edib

Sharing is caring!


Ukrayna Prezidenti Volodimir Zelenski Bolqarıstanın Baş naziri Nikolay Denkov ilə gələcək əməkdaşlıq, Qara dəniz təhlükəsizliyi və müvəqqəti “Taxıl dəhlizi”nin qorunmasını müzakirə edib.

Bu barədə Ukrayna lideri öz “Telegram” kanalında yazıb.

“Nikolay Denkov ilə məhsuldar danışıqlar dünən Ukrayna-Balkan sammiti çərçivəsində baş tutub”, – deyə o bildirib.

Bir gün əvvəl Ali Radanın Aqrar və Torpaq Siyasəti Komitəsinin üzvü Sergey Labazyuk bildirib ki, Ukrayna hökuməti Qara dənizdə yerləşən gəmilərin sığortalanması üçün 20 milyard qriven (təqribən 914,5 milyon manat) ayırıb.

Məmurun sözlərinə görə, bu, xarici gəmi sahiblərini öz gəmilərini Ukrayna limanlarına göndərməyə şövq edəcək.

Həmçinin, “Financial Times” qəzeti Ukraynanın keçmiş iqtisadiyyat nazirinin müavini Aleksandr Qribanaya istinadən yazıb ki, Kiyev dünya sığortaçıları ilə Qara dəniz limanlarına gedən və çıxan taxıl daşıyan gəmilərin sığortalanması sxeminin tərtib edilməsini başa çatdırır.

Daha əvvəl “Taxıl müqaviləsi” çərçivəsində sonuncu gəmi Qara dənizi tərk edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir