Dünya

Ərdoğan Macarıstana səfərə gedib

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstanın milli bayramı və yüngül atletika üzrə dünya çempionatı ilə bağlı tədbirlərdə iştirak etmək üçün Budapeştə səfərə gedib.

Səfər zamanı dövlət başçısını xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, gənclər və idman naziri Osman Aşkın Bak, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun, müşavir Akif Çağatay Kılıç və başqaları müşayiət edir.

Macarıstan tərəfi ilə görüşlər zamanı bütün səviyyələrdə ikitərəfli münasibətlərin müzakirəsi, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır.

Bundan əlavə, Prezident Ərdoğanın bayram və tədbirlərdə iştirak edəcək həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Mənbə: “Anadolu” Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir