Cəmiyyət

MSK yaxın günlərdə beynəlxalq müşahidəçilərə dəvət məktubu göndərəcək

Sharing is caring!


“Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları da növbədənkənar prezident seçkilərində iştirak etməlidirlər. Bunun üçün onlara şərait yaradılmalıdır”. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.

“Prezident seçkilərində ölkənin kənarında olan seçicilərə də biz şərait yaratmalıyıq”, – deyə MSK sədri bildirib. 

O, həmçinin, seçkiləri izləyəcək beynəlxalq müşahidəçilərə də yaxın günlərdə dəvət məktubu göndəriləcəyini söyləyib: 

“Seçki Məcəlləsinin tələbinə görə beynəlxalq müşahidəçiləri üç orqan dəvət etmək hüququna malikdir”. 

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir