Dünya

İdman festivalı: Azərbaycan boksçusu yarımfinala yüksəlib – FOTO

Sharing is caring!


Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında 54 kiloqram çəkidə çıxış edən boksçumuz Nicat Hüseynov yarımfinala yüksəlib.

Oxu.Az xəbər verir ki, o, belaruslu boksçu İvan Zaxarenkonu məğlub edərək növbəti mərhələyə adlayıb. Bununla da həmyerlimiz bürünc medalı təmin edib.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla, ümumilikdə 69 idmançı təmsil edir. Təmsilçilərimiz səkkiz idman növündə – badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir