Dünya

Türkiyəli nazir: “Azərbaycanın Qarabağda qələbəsi Zəngəzur dəhlizini açmaq imkanı verdi”

Sharing is caring!


“Qardaş və dost Azərbaycanın Qarabağda qələbəsi bizə on illərdir barəsində danışılan Zəngəzur dəhlizini açmaq imkanı verdi”.

Oxu.Az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı deyib.

“İnşallah bu dəhliz açılanda türk dünyasına açılan qapı olaraq ticarətimiz və mədəni əlaqələr daha da qovuşacaq. Ölkəmizdə bu dəhlizin başlanğıc nöqtəsi olmasının ilk faydalarını İğdır görəcək. Təbii ki, insan axınında artım olacaq”, – nazir qeyd edib.

“Ona görə də qidaya olan tələbatı da artıracaq. İğdırı buna hazırlamalıyıq. İğdır kənd təsərrüfatında və meşədə əsas şəhər olmalıdır. Biz buna ürəkdən inanırıq”, – İbrahim Yumaklı vurğulayıb.

O, qeyd edib ki, son 21 ildə bu istiqamətdə bəzi çalışmalar olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir