Dünya

Fransa gözlənilən istilərlə bağlı həyəcan təbili çaldı

Sharing is caring!


Fransanın bazar günü gözlənilən istilərlə əlaqədar yarıdan çox şəhərlərində “narıncı” xəbərdarlıq (sondan əvvəlki) elan edilib.

Bu barədə ölkənin “Meteo France” Milli Meteorologiya Xidməti xəbər verib.

Bildirilir ki, xəbərdarlıq ölkənin 96 departamentindən 49-da elan olunub.

O da vurğulanır ki, yüksək temperatur gələn həftənin ortalarına qədər davam edəcək, pik vaxtı isə regiondan asılı olaraq bazar ertəsindən çərşənbə gününə qədər olan dövrə düşəcək. 

Qeyd edək ki, “narıncı” xəbərdarlıq – havanın təhlükəli hesab edildiyi, təbii fəlakət və zərər vurulma ehtimalı zamanı verilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir